Dini liderlər Füzuli şəhərində olublar - YENİLƏNİB + FOTO

Dini liderlər Füzuli şəhərində olublar - YENİLƏNİB + FOTO
02 2024 14:16

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər işğaldan azad edilmiş Füzuli şəhərində olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Füzuli Beynəlxalq Hava Limanına gəlib. Onlara beynəlxalq hava limanı haqqında məlumat verilib. Bildirilib ki, Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub və istənilən hava gəmisini qəbul etmək imkanı var.

Qonaqlar Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Füzulidə törədilən dağıntılarla, həmçinin rayon işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa-tikinti işləri ilə tanış olublar.

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev qonaqlara 30 illik işğal dövründə ermənilərin ölkəmizə qarşı törətdikləri cinayətlər barədə ətraflı məlumat verib. Bildirilib ki, erməni vandalları işğal etdikləri şəhər və kəndlər kimi Füzuli şəhərini də talayıb, yer üzündən siliblər. Bütün evlər, sosial obyektlər dağıdılıb, təsərrüfatlar məhv edilib.

Diqqətə çatdırılıb ki, 44 günlük Vətən müharibəsində qazanılan qələbə nəticəsində işğaldan azad olunan ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri başlanılıb. Füzuli şəhərində ilk yaşayış məhəlləsinin inşası yekunlaşıb və keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışı başlayıb.

Nümayəndə heyəti sonra Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbə gəlib. Məlumat verilib ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq inşa edilən məktəb 960 şagird yerlikdir. İki mərtəbə və zirzəmidən ibarət məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, 500 yerlik akt zalı, idman zalı, 320 yerlik yeməkxana, kitabxana var. Məktəbin həyətyanı ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqları, söhbətgahlar, nəzarət-buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa edilib. Tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilib.

Qonaqlar daha sonra Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinə gəliblər. Bildirilib ki, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi qardaş qazax xalqının Azərbaycan xalqına hədiyyəsidir. Təməli 2023-cü ilin martında qoyulan Mərkəz 1,5 hektar ərazidə yaradılıb. Obyektin tikinti sahəsi 2700 kvadratmetrdir. İkimərtəbəli binada 600 uşağın bir neçə növbədə məktəbdənkənar təhsil alması üçün hər cür şərait yaradılıb. Burada mühazirə zalı, şahmat və kulinariya sinifləri, incəsənət və heykəltaraşlıq studiyası, xoreoqrafiya və idman zalı, səsyazma kabineti, musiqi və vokal sinfi, foto-video montaj, veb-dizayn və robototexnika kabinetləri, akt zalı, 3D modelləşdirmə sinfi var. Mərkəzdə IT-startaplara və Azərbaycanın milli mədəniyyətinə, o cümlədən xalçaçılıq sənətinə xüsusi diqqət yetiriləcək.

Nümayəndə heyəti Füzulidən sonra Şuşaya yola düşüb.


16 May 2024
Cəmiyyət

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub - EKSKLÜZİV

Azərbaycan Mərkəzi Bankında (AMB) Maliyyə Texnologiyaları və İnnovasiya Departamenti yaradılıb.

16 May 2024
Cəmiyyət

II və III qruplar üzrə qəbul imtahanları bu tarixdə keçiriləcək

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 26-da II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək.

16 May 2024
Cəmiyyət

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxsin kütləvi məzarlıqda tapılan qalıqları dəfn olunub - FOTO

Birinci Qarabağ müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə itkin düşən şəhid Novruz Mahmud oğlu Quliyevin Edilli kəndində kütləvi məzarlıqda aşkarlanan nəşinin qalıqları Füzuli rayonunda torpağa tapşırılıb.

16 May 2024
Cəmiyyət

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir - VİDEO

Quru Qoşunlarının 2024-cü il üçün hazırlıq planına əsasən, artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir.

16 May 2024
Cəmiyyət

Qubadlıya ilk köçün vaxtı açıqlandı - RƏSMİ

Bu ilin sonunadək Qubadlı rayonunun iki kəndinə ilk köç nəzərdə tutulub.